Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin əsas siyasi dayaqlarından biri kimi formalaşmışdır. 1992-ci ildə yaranan YAP-ın missiyası təkcə bir siyasi təşkilat yaratmaq deyildi; əsas məqsəd müstəqil dövlətin dağılmaq təhlükəsini aradan qaldırmaq, siyasi sistemdə sabitlik yaratmaq və ölkənin strateji inkişaf yolunu müəyyənləşdirmək idi. O dövrdə dövlət institutları parçalanmış, siyasi mübarizə idarəetməni iflic etmiş, ölkənin suverenliyinə real təhlükələr yaranmışdı. Belə bir şəraitdə YAP milli həmrəyliyi və dövlətçilik ideyalarını öz ətrafında birləşdirərək Azərbaycanın siyasi həyatına yeni məzmun gətirdi.

Ümummili Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan yeni dövr YAP-ın siyasi fəlsəfəsinə sabitlik, ardıcıllıq və dövlətçilik ideologiyası kimi fundamental prinsiplər daxil etdi. 1995-ci il Konstitusiyası, siyasi institutların bərpası, ordu quruculuğunda atılan addımlar dövlətin möhkəmlənməsinin əsas sütunları oldu. Partiya bu mərhələdə güclü siyasi komanda formalaşdırdı, cəmiyyətdə etibarlı siyasi qüvvə kimi nüfuz qazandı və ölkənin bütün regionlarında təşkilatlanma prosesinə nail oldu. Enerji strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu artırdı və dövlətin iqtisadi dayaqlarını gücləndirdi.

Prezident İlham Əliyev dövründə YAP sabit inkişaf modelinin daşıyıcısına çevrildi. Bu mərhələ intensiv islahatlarla, sosial dövlət konsepsiyasının güclənməsi ilə, regionların inkişafı proqramları və modern infrastruktur layihələri ilə müşayiət olundu. 44 günlük Vətən müharibəsi YAP-ın siyasi xəttinin dövlətin güclənməsinə verdiyi töhfənin ən bariz göstəricisi oldu. Partiya müharibədən sonrakı dövrdə yenilənmə strategiyasını daha da gücləndirərək cəmiyyətin modernləşməsi və yeni siyasi nəsilin formalaşmasını prioritet kimi müəyyənləşdirdi. Bu gün YAP dövlət quruculuğunda sabitlik, ardıcıllıq və inkişaf siyasətinin əsas davamçısıdır.

Zərifə İbrahimova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.