Müstəqilliyini yeni bərpa etmiş dövlətlər üçün siyasi sabitliyin təmin edilməsi və güclü idarəçilik sisteminin qurulması həyati əhəmiyyət kəsb edir. Azərbaycanın da dövlət quruculuğu prosesində bu missiyanı icra edən əsas siyasi qüvvə Yeni Azərbaycan Partiyası olmuşdur. Tarixin çətin məqamında meydana çıxan partiya qısa müddətdə ölkənin ən nüfuzlu siyasi təşkilatına çevrildi.

1992-ci ildə Azərbaycanın daxilində yaranmış vəziyyət siyasi idarəetmənin iflic vəziyyətinə düşdüyünü göstərirdi. Böhran dərinləşir, dövlət strukturları öz funksiyalarını itirirdi. Bu şəraitdə 91 ziyalının Heydər Əliyevə müraciəti Azərbaycan xalqının taleyinə biganə qalmadığını nümayiş etdirdi. Ulu Öndər bu çağırışı böyük məsuliyyət kimi qəbul edərək Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi.

Partiyanın yaranmasından sonra siyasi sistem tədricən stabilləşməyə başladı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı isə ölkədə yeni mərhələnin əsasını qoydu. Dövlət idarəçiliyi möhkəmləndi, iqtisadi sahələrdə islahatlar genişləndi və güclü ordu quruculuğu prosesinə start verildi. Bu addımlar Azərbaycanın gələcək inkişafını müəyyən edən əsas strateji xətt idi.

Sonrakı illərdə həyata keçirilən neft siyasəti ölkənin iqtisadi qüdrətini artırdı, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi. YAP isə bu uğurların reallaşmasında siyasi təminatçı kimi çıxış etdi. Partiyanın dövlətçilik ideologiyası Azərbaycan cəmiyyətində həmrəyliyin möhkəmlənməsinə və milli maraqların qorunmasına xidmət etdi.

Bu gün Yeni Azərbaycan Partiyası geniş üzv bazası, mütəşəkkil strukturu və siyasi qərarların qəbulunda fəal iştirakı ilə ölkənin inkişaf strategiyasının formalaşdırılmasında mühüm rol oynayır. Partiyanın siyasəti zamanı düzgün müəyyən edilmiş kursun davam etdirilməsinə əsaslanır və bu kurs Azərbaycanı daha güclü gələcəyə aparır.

Rəfail Məmmədov

YAP Şuşa rayon təşkilatının fəal üzvü 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.