Yeni Azərbaycan Partiyasının formalaşması Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin və xalqın istəyinin birləşməsindən yaranan tarixi hadisədir. 1992-ci ilin payızında ölkədə yaranmış gərgin vəziyyət dövlət institutlarının fəaliyyətini iflic etmişdi. Cəmiyyətdə sabitlik və təhlükəsizlik gözləntiləri artmış, siyasi sistem dağılmaq üzrə idi. Belə bir vaxtda ziyalıların Heydər Əliyevə müraciəti ölkədə vəziyyəti dəyişdirən addım oldu və YAP-ın təsis konfransı ilə yeni mərhələ başlandı.
Partiyanın yaranması ilə Azərbaycan dövlətçiliyində dirçəliş prosesi başladı. YAP-ın əsas məqsədləri müstəqilliyin qorunması, demokratik quruluşun bərpası, ictimai sabitliyin təmin olunması və sosial-iqtisadi inkişafın istiqamətləndirilməsi idi. Partiyanın hakimiyyətə gəlişi ilə ölkədə sabitlik bərpa olundu, iqtisadiyyat bərpa mərhələsinə keçdi, siyasi sistem yenidən quruldu. YAP xalqın birliyini və dövlətin gələcəyini təmin edən siyasi qüvvə kimi mövqeyini möhkəmləndirdi.
Bu gün Yeni Azərbaycan Partiyası 33 illik zəngin inkişaf yolu ilə Azərbaycan siyasi sisteminin aparıcı qüvvəsi kimi tanınır. Partiya milli maraqlara əsaslanan ideologiyası, geniş intellektual potensialı və ardıcıl siyasi xətti ilə cəmiyyətdə böyük nüfuz qazanıb. YAP xalqın bütün təbəqələrini birləşdirərək ümumilli hədəflərə yönəldən güclü təşkilata çevrilib. Həmçinin partiyanın beynəlxalq arenada aktiv fəaliyyəti Azərbaycan dövlətinin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edib.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın