Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda yeni geosiyasi reallıq yaratdı. Bu qələbənin əsas dayağı Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, çevik diplomatiyası və güclü liderliyi idi. Hərbi qələbə həm də Ulu Öndər Heydər Əliyevin illər əvvəl əsası qoyulmuş güclü dövlətçilik siyasətinin məntiqi nəticəsi idi. Bu proses milli həmrəyliyi gücləndirərək dövlət və xalq birliyinin ən yüksək səviyyədə olmasını təmin etdi.

Müharibədən sonra ölkənin qarşısında duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası idi. “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı infrastruktur layihələri, yeni yaşayış məkanlarının salınması və iqtisadi investisiya planlarının icrası Azərbaycanın gələcək inkişafında mühüm rol oynayır. Bu layihələr təkcə iqtisadi dirçəliş deyil, həm də sosial ədalətin bərpası, insanların doğma yurdlarına qayıdışı baxımından strateji əhəmiyyət daşıyır.

Yeni Azərbaycan Partiyası bu mərhələdə də dövlətlə xalq arasında koordinasiya yaradan əsas siyasi institut kimi çıxış etdi. Müharibə dövründə səfərbərlik və milli həmrəylik ruhunun formalaşmasına, müharibədən sonra isə bərpa proseslərinin təşkili və ictimai dəstəyin səfərbər olunmasına töhfə verdi. Partiyanın bu fəaliyyəti dövlətçilik ənənələrinə bağlılığının, həm də milli məsuliyyət anlayışının bariz nümunəsidir.

VII Qurultayda qəbul edilmiş yeni Nizamnamə YAP-ın postmüharibə dövrünə uyğunlaşmasını təmin etdi. Partiyanın struktur yenilikləri, gənclərin siyasi proseslərə inteqrasiyası və ideoloji hədəflərin genişləndirilməsi YAP-ın müasir siyasi məkanda rolunu daha da möhkəmləndirdi. Bu gün YAP Azərbaycan dövlətçiliyinin daşıyıcısı və gələcək inkişafın təminatçısı kimi fəaliyyət göstərməkdə davam edir.

YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının
Sədr müavini: Anar Xəlilov 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.