Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli Lider Heydər Əliyevin ölkənin ağır vəziyyətdən çıxarılması üçün atdığı ən mühüm tarixi addımlardan biri oldu. 1992-ci ildə ölkədə mövcud olan böhran, siyasi qarşıdurmalar, vətəndaş narazılığı dövlətçiliyimizin gələcəyini ciddi təhlükə altına qoymuşdu. Bu mürəkkəb şəraitdə 91 nəfər ziyalının Heydər Əliyevə müraciəti Azərbaycan siyasi tarixinin taleyüklü məqamı kimi yadda qaldı. Təsis konfransında partiyanın Proqram və Nizamnaməsinin qəbulu yeni siyasi idarəetmə mərhələsinin başlanğıcı oldu.

YAP-ın yaranması ölkənin xilası üçün tarixi zərurət idi. Partiya qısa müddətdə xalqın etimadını qazanaraq hakimiyyətə gəldi və müstəqil dövlətin inkişaf strategiyasını müəyyənləşdirdi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü uğrunda mübarizə, sabitliyin bərpası və sosial-iqtisadi dirçəliş YAP-ın prioritetləri sırasında idi. Bu məqsədlərə nail olmaq üçün ardıcıl və düşünülmüş siyasət həyata keçirildi, dövlət institutları yenidən quruldu, idarəçilik sisteminə təkrar nizam gətirildi.

33 illik fəaliyyəti ərzində Yeni Azərbaycan Partiyası müasir Azərbaycan dövlətçiliyinin avanqard siyasi qüvvəsinə çevrilib. Partiyanın sıralarında ölkənin ən nüfuzlu intellektual potensialı toplaşmış, geniş sosial baza formalaşmışdır. YAP-ın siyasi kursu azərbaycançılıq ideologiyasına, dövlətçilik ənənələrinə və vətəndaş həmrəyliyinə əsaslanır. Bu prinsipial mövqe sayəsində partiya həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı siyasi institut kimi tanınıb.

Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələr Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə icra olunur. Ümummilli Lider Heydər Əliyevin siyasi irsini əsas tutan Prezident İlham Əliyev ölkəni yeni mərhələyə çıxararaq həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə böyük nailiyyətlər əldə edib. Azərbaycanın suverenliyinin tam təmin olunması və regionun aparıcı gücünə çevrilməsi YAP-ın dövlətçilik missiyasının uğurla davam etdiyini göstərir. Bu yolun əsas şüarı isə dəyişməzdir: “Biz birlikdə güclüyük.”

Qönçə İsmayılova

YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.