Dünyanın bütün demokratik ölkələrində siyasi partiyalar cəmiyyətin siyasi şüurunun formalaşması, vətəndaşların dövlət idarəçiliyində iştirakı və siyasi qərarların hazırlanmasında mühüm rol oynayır. Azərbaycanın müstəqillik tarixində bu funksiyaları uğurla yerinə yetirən əsas siyasi qüvvə Yeni Azərbaycan Partiyası olmuşdur. 1990-cı illərin əvvəllərində ölkənin demək olar ki, hər sahəsində müşahidə olunan idarəetməsizlik, hakimiyyət uğrunda mübarizə və daxili qarşıdurmalar müstəqil dövlətin gələcəyini sual altına almışdı. Xalqın narahatlığı fonunda ziyalıların Ümummilli Lider Heydər Əliyevə etdiyi müraciət gələcək siyasi proseslərin istiqamətini dəqiq müəyyənləşdirdi.

Ümummilli Lider Heydər Əliyev müraciətə cavab verərək Yeni Azərbaycan Partiyasının yaradılmasını dövlətin xilası üçün əsas amil kimi dəyərləndirdi. Partiyanın 21 noyabr 1992-ci ildə təsis olunması ölkədə yeni siyasi mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi ilə Azərbaycan nəhayət siyasi sabitlik yoluna qədəm qoydu, dövlət institutları bərpa olundu, yeni idarəetmə modeli formalaşdı. Bu proses YAP-ın siyasi platformasının real nəticələrini nümayiş etdirdi.

Sonrakı illərdə YAP-ın rəhbərliyi altında iqtisadiyyat gücləndi, neft gəlirləri düzgün idarə olunaraq ölkənin davamlı inkişafına yönəldildi. Sosial sahədə aparılan islahatlar əhalinin həyat səviyyəsini yüksəltdi, dövlət xidmətlərinin keyfiyyəti yaxşılaşdırıldı. Ordu quruculuğu sahəsində həyata keçirilən sistemli tədbirlər Azərbaycanın təhlükəsizlik səviyyəsini yüksəltdi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan regionda ən güclü dövlətlərdən birinə çevrildi və milli həmrəylik daha da möhkəmləndi.

Bu gün YAP-ın siyasi irsi və inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan kimi onun rəhbərliyi ilə əldə olunan 44 günlük tarixi Qələbə YAP-ın dövlətçilik kursunun nə qədər doğru olduğunu bir daha sübut etdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin siyasi nüfuzunu yüksəltdi və beynəlxalq aləmdə yeni reallıqlar formalaşdırdı. YAP hazırda da milli maraqları qoruyan, cəmiyyətdə həmrəylik və inkişafı təmin edən əsas siyasi qüvvə olaraq fəaliyyətini davam etdirir.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.