Siyasi partiyalar demokratik cəmiyyətin ayrılmaz hissəsidir və dövlətin idarə edilməsində mühüm funksiyalar həyata keçirir. Azərbaycan tarixində Yeni Azərbaycan Partiyasının oynadığı rol bu mənada xüsusi əhəmiyyət kəsb edir. 1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış siyasi böhran, idarəetmənin iflic olması, daxili qarşıdurmalar dövlətçiliyin gələcəyini təhdid edirdi. Belə bir vaxtda ziyalıların Ümummilli Lider Heydər Əliyevə müraciəti Azərbaycanın taleyini dəyişdirən tarixi sənəd oldu.
Ümummilli Lider Heydər Əliyev müraciətə cavab verərək Yeni Azərbaycan Partiyasının yaradılmasını dövlətin gələcəyinin təmin olunması üçün strateji addım kimi qiymətləndirdi. 21 noyabr 1992-ci ildə YAP-ın təsis edilməsi ilə Azərbaycan siyasi sistemində yeni mərhələ başlandı. Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi ilə ölkədə sabitlik bərpa edildi, dövlət institutları gücləndirildi və xalqın gələcəyə inamı qaytarıldı. Yeni siyasi kurs ölkənin sürətli inkişafını təmin etdi.
YAP-ın fəaliyyəti nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi, həm də sosial sahələrdə böyük uğurlar əldə etdi. Neft strategiyası ölkənin maliyyə imkanlarını genişləndirdi, xarici əlaqələr gücləndi, sosial islahatlar insanların rifahını artırdı. Ordu quruculuğu prioritet istiqamətə çevrilərək Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü ordularından biri olmasına şərait yaratdı. Bu siyasətin məntiqi nəticəsi olaraq Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıldı.
Bu gün YAP Azərbaycanın siyasi sistemində lider rolunu davam etdirir. Partiyanın 730 mindən çox üzvü vahid ideya – dövlətçiliyin qorunması və inkişafı ətrafında birləşir. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP müasir dövrün çağırışlarına uyğun siyasət həyata keçirir, milli həmrəyliyi gücləndirir və ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirir. Partiyanın fəaliyyətini ifadə edən ən dəqiq sözləri Prezident İlham Əliyev səsləndirib: “YAP bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”
Elçin Dadaşov
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın