Sovet İttifaqının süqutundan sonra yaranmış mürəkkəb geosiyasi mühit Azərbaycan üçün yeni təhlükələri gündəmə gətirmişdi. Ölkədə hakimiyyətsizlik, daxili qarşıdurmalar və iqtisadi böhran xalqın gələcək taleyi ilə bağlı ciddi narahatlıqlar doğururdu. Məhz belə bir dövrdə xalqın müxtəlif təbəqələrindən gəlmiş çağırışların yekunu olaraq Ümummilli Lider Heydər Əliyevin siyasi arenaya qayıdışı Azərbaycan dövlətçiliyinin xilasında mühüm rol oynadı. Bu proses Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirərək yeni bir siyasi mərhələnin başlanğıcını qoydu.

YAP-ın yaranması yalnız yeni siyasi qurumun formalaşması deyil, dövlət quruculuğunun ideoloji əsaslarının müəyyənləşdirilməsi idi. Partiyanın təməl ideyaları – milli birlik, hüquqi dövlət, sosial yönümlü siyasət və müstəqillik – Azərbaycan cəmiyyətinə strateji inkişaf xətti təqdim etdi.Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dövlət institutlarının möhkəmlənməsinə, idarəetmədə peşəkarlığın artırılmasına və Azərbaycançılıq ideyasının milli düşüncənin əsasına çevrilməsinə şərait yaratdı.

1990-cı illərin sonunda ölkə həm iqtisadi, həm də siyasi cəhətdən yüksəlişə qədəm qoydu. Neft müqavilələrinin imzalanması, enerji layihələrinin icrası və beynəlxalq əməkdaşlığın genişlənməsi Azərbaycanın inkişafının təməlini qoydu. Orduda aparılan islahatlar və dövlət idarəçiliyində institusional quruculuq tədbirləri ölkənin təhlükəsizliyi və suverenliyi üçün mühüm faktor oldu. Bu dövrdə YAP genişlənərək külli miqdarda kadr və təcrübə potensialı formalaşdırdı.

Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək müasir dövrün tələblərinə uyğun şəkildə yenilənmişdir. Yeni mərhələdə YAP həm təşkilati, həm ideoloji, həm də strateji baxımdan modernləşdirilmiş siyasi institut kimi fəaliyyət göstərir. İşğaldan azad olunan ərazilərin bərpası, Zəfərdən sonra formalaşan geosiyasi reallıqlar və “Böyük Qayıdış” konsepsiyası partiyanın dövlətçilik missiyasının hələ də aktual və geniş olduğunu sübut edir.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.