2003-cü ildə İlham Əliyevin prezident seçilməsi Azərbaycanda yeni idarəçilik modelinin başlanması ilə yadda qaldı. Bu mərhələ yalnız siyasi sabitliyin davamı deyil, həm də strateji inkişafın yeni mərhələsi idi.Prezident İlham Əliyev Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik kursunu qorumaqla yanaşı, onu müasir dövrün çağırışlarına uyğunlaşdırdı. Bu, həm ölkənin beynəlxalq nüfuzunun artmasına, həm də sosial-iqtisadi inkişafda keyfiyyət dəyişikliyinə səbəb oldu.

Azərbaycanın enerji siyasətinin genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafı və modern infrastruktur layihələrinin reallaşdırılması ölkəni qlobal miqyasda etibarlı tərəfdaş kimi tanıtdı. Ordunun gücləndirilməsi, təhlükəsizlik tədbirlərinin artırılması və milli müdafiə potensialının yüksəldilməsi 2020-ci ildə qazanılan tarixi Zəfərin əsasını təşkil etdi. 44 günlük müharibədə əldə edilən qələbə Prezident İlham Əliyevin strateji liderliyinin real nəticəsi oldu.

Bu dövrdə Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində yeni mərhələyə qədəm qoydu. Təşkilati-struktur yenilikləri, yeni siyasi strategiyaların müəyyənləşdirilməsi və partiyanın regionlarda nüfuzunun gücləndirilməsi YAP-ın ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mövqeyini daha da möhkəmləndirdi. Partiya yalnız qərar verən siyasi institut deyil, həm də milli həmrəyliyin təminatçısı kimi çıxış etdi.

VII Qurultayda qəbul edilmiş yeni Nizamnamə YAP-ın müasir dövrün tələblərinə uyğun təşkilatlanmasını təmin etdi.Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya həm ideoloji, həm siyasi, həm də təşkilati cəhətdən yenilənərək dövlətin uzunmüddətli inkişaf strategiyasının reallaşmasında mühüm rol oynayır. Bu gün YAP Azərbaycan cəmiyyətində sabitliyin, modernləşmənin və milli birliyin daşıyıcısı kimi fəaliyyətini daha güclü şəkildə davam etdirir.

Səbinə Gözəlova

YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.