Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan tarixinin ən mürəkkəb illərində formalaşaraq dövlətçiliyimizin sabitliyi üçün mühüm dayağa çevrildi. 1992-ci ildə ölkədə hökm sürən ictimai-siyasi xaos, qanunsuzluq, demokratik prinsiplərin pozulması, iqtisadi tənəzzül xalqı çıxılmaz vəziyyətə salmışdı. Belə bir məqamda 91 nəfər tanınmış ziyalı Heydər Əliyevə müraciət edərək yeni siyasi qüvvənin yaradılmasını və onun rəhbərliyini istədilər. Bu çağırışa müsbət cavab verən Ümummilli Lider 21 noyabr 1992-ci ildə 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında YAP-ın sədrliyinə yekdilliklə seçildi.

Yeni Azərbaycan Partiyasının yaranması xalqın tələbatından doğmuş tarixi zərurət idi. Yeddi ay sonra partiyanın hakimiyyətə gəlməsi bu zərurətin nə qədər ciddi olduğunu bir daha təsdiqlədi. YAP-ın əsas məqsədləri dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, demokratik dövlət quruculuğu, ictimai sabitliyin bərpa olunması və sosial-iqtisadi inkişaf xəttinin formalaşdırılması ilə bağlı idi. Partiya ardıcıl və sistemli siyasət həyata keçirərək qısa müddətdə Azərbaycanı ağır tənəzzüldən çıxarmağa nail oldu.

Son 33 il ərzində Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında aparıcı qüvvəyə çevrilib. YAP azərbaycançılıq, dövlətçilik və qanunçuluq prinsiplərinə sadiqliyini qoruyaraq geniş sosial bazaya malik ümumxalq partiyasına çevrilib. Zəngin intellektual potensiala malik şəxslərin bir araya gəldiyi bu siyasi təşkilat həm siyasi institusional inkişafda, həm də dövlət idarəetməsində mühüm rol oynayıb. Azərbaycanın iqtisadi böhrandan çıxması, ictimai-siyasi sabitliyin təmin olunması və yeni mərhələ üçün möhkəm təməlin qoyulması məhz YAP-ın fəaliyyətinin nəticəsidir.

Bu gün YAP-ın uğurlu fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirən Prezident İlham Əliyev partiyanı yeni strateji inkişaf mərhələsinə çıxarıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası, ölkənin beynəlxalq nüfuzunun güclənməsi YAP-ın siyasi iradəsinin təzahürüdür. Prezident İlham Əliyevin sözləri bu gün də partiyanın yol xəritəsi kimi qəbul olunur: “Bizi heç kim və heç nə dayandıra bilməz.”

Namiq Hüseynov

YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.