Ağdam – tarixi, mədəni və mənəvi dəyərləri ilə Azərbaycan xalqının qürur məkanıdır. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın ağ daşdan tikdirdiyi imarət şəhər kimi Ağdam həm mədəniyyət, həm də həyatın beşiyi olmuşdur. Hər küçəsi, hər daşında xalqın zəhməti və yaradıcı ruhu əks olunmuş, şəhər tarix boyunca həm sənət, həm də həyat mərkəzi olaraq qalmışdır.
Arxeoloji tədqiqatlar göstərir ki, Ağdam torpağı səkkiz min illik sivilizasiyanın izlərini daşıyır. Üzərriktəpədə tapılan qədim əkinçilik və maldarlıq izləri, mis dövrünə aid artefaktlar bu ərazinin Qafqazda ilk şəhər mədəniyyətlərindən biri olduğunu sübut edir. Bu zəngin tarixi irs şəhərin həm milli yaddaş, həm də mədəni dəyərlər üçün əvəzolunmaz olduğunu göstərir.
1993-cü ilin 23 iyul tarixində Ağdamın böyük hissəsi işğal olundu. 128 min insan doğma yurdundan didərgin düşdü, 6 mindən çox qəhrəman şəhid oldu. Çörək muzeyi, məktəblər, məscidlər və sənaye obyektləri yerləyeksan edildi. Bu hadisələr Ağdamı Qafqazın “Xirosiması”na çevirdi və xalqın yaddaşında dərin izlər qoydu.
2020-ci ilin 20 noyabrında şəhər döyüşsüz azad edildi və azadlıqdan sonra başlanan yenidənqurma prosesi sürətlə irəlilədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən beş məhəllə konsepsiyası, yeni yaşayış binaları, məktəblər, parklar və yollar şəhəri yenidən həyat dolu bir məkana çevirdi. Eyni zamanda iqtisadi və mədəni layihələr, o cümlədən Ağdam Sənaye Parkı, Muğam Mərkəzi və Zəfər Muzeyi regionun dirçəlişinin simvoluna çevrilməsini təmin etdi.
Nazilə İbrahimova
YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın