Ağdamın işğaldan azad edilməsi Azərbaycan üçün tarixi zəfərdir. 20 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhər döyüşsüz azad edildi. Bu, həm Azərbaycanın hərbi-siyasi qələbəsi, həm də milli qürurun təzahürüdür. 27 ildən sonra Ağdamda üçrəngli bayraq yenidən dalğalandı və xalqın tarixi ədaləti bərpa edildi.
İşğaldan sonra bərpa və quruculuq işləri genişmiqyaslı şəkildə başlandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə yeni yaşayış binaları, məktəblər, körpələr evi, yollar və sosial obyektlər tikilir. Hazırda Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində bərpa işləri davam edir, mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri aparılır.
Ağdamın iqtisadi inkişafı da sürətlə gedir. Ağdam Sənaye Parkı və digər yeni müəssisələr regionun iqtisadi canlanmasını təmin edir. Prezident İlham Əliyevin səfərləri layihələrin icrasını sürətləndirir və şəhərin həm iqtisadi, həm də sosial baxımdan yenidən inkişaf etməsini təmin edir.
Mədəniyyət və tarixi irs bərpa olunur. Zəfər Muzeyi, Muğam Mərkəzi və İşğal Muzeyi istifadəyə verilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu layihələr Ağdamın Azərbaycanın inkişaf etmiş və müasir şəhərlərindən birinə çevrilməsini təmin edir, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsini göstərir.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın