Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamına əsasən işğaldan azad olunmuş ərazilərdə şəhər günləri təsis edilib və bu günlər hər il ölkə ərazisində böyük təntənə ilə qeyd olunur. Ağdam Şəhəri günü Azərbaycanın tarixi zəfərinin və azadlığın rəmzi kimi xüsusi əhəmiyyət kəsb edir.

1993-cü ildə baş verən və 42 gün davam edən döyüşlər nəticəsində şəhər Ermənistan tərəfindən işğal edilmiş, yerli əhali öz yurd-yuvalarından didərgin düşmüşdü. İşğal dövründə ermənilər şəhəri tamamilə dağıtmış, tarixi abidələr, məscidlər və yaşayış məntəqələri viran qoyulmuşdur. Bu dağıntılar Azərbaycanın milli irsinə qarşı törədilmiş vandalizm nümunəsi olaraq yadda qalmışdır.

Hazırda Ağdamda irimiqyaslı bərpa və yenidənqurma layihələri icra olunur. 2021-ci il 28 may tarixində təqdim olunmuş Baş Plan əsasında şəhərin 5 məhəllə üzrə tikintisi nəzərdə tutulur. Hal-hazırda 2-ci məhəllədə 66 binanın tikintisi başa çatmaq üzrədir və gələn ilin payızında ilk sakinlərin köçü planlaşdırılır. Eyni zamanda Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində bərpa-quruculuq işləri davam edir.

Prezident İlham Əliyev Ağdama etdiyi səfərlər zamanı aparılan işlərin sürətlənməsinə birbaşa töhfə verir. Onun nəzarəti altında Rəqəmsal İdarəetmə Mərkəzi, Təlim-Tədris Kompleksi, Muğam Mərkəzi və digər sosial və inzibati obyektlərin təməlləri qoyulub. Bütün bu addımlar göstərir ki, Ağdam “ruhlar şəhəri” kimi deyil, cənnətməkan kimi bərpa ediləcək və şəhərin şöhrətli günləri yenidən qayıdacaq.

Rəşad Rəsulov

YAP Şuşa rayon təşkilatının fəal üzvü 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.