Azad edilən Ağdamın iqtisadi inkişafı sürətlə gedir. Şəhərdə Ağdam Sənaye Parkı fəaliyyət göstərir, yeni müəssisələr tikilir, iş yerləri yaradılır. 2022-ci ilin fevral və noyabr aylarında Prezident İlham Əliyevin səfərləri zamanı müəssisələrin, mehmanxanaların və yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirildi.
Şəhərin infrastruktur layihələri də sürətlə icra olunur. Dəmir yolu və avtovağzal kompleksi, yeni yollar və kommunikasiya şəbəkələri istifadəyə verilir. Bu, həm iqtisadi canlanmaya, həm də şəhərin müasir standartlara uyğun inkişafına xidmət edir. Hazırda Sarıcalı və Kəngərli kəndlərində də yeni infrastruktur və ictimai obyektlərin tikintisi aparılır.
Ağdamın sosial infrastrukturu da yenilənir. Məktəblər, körpələr evi-uşaq bağçaları, icma mərkəzləri və digər obyektlər sakinlərin rahat yaşaması üçün təmin edilir. Hər bir layihə şəhərin iqtisadi, sosial və mədəni baxımdan yenidən formalaşmasına töhfə verir.
Bu layihələr həm də Azərbaycanın Qarabağdakı davamlı inkişaf strategiyasının əsas hissəsidir. Prezident İlham Əliyevin səfərləri şəhərdə işlərin sürətlənməsinə təkan verir və Ağdamın əvvəlki şöhrətini, həmçinin regionun iqtisadi mərkəzi olmasını bərpa edir.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın