Ağdam – adı kimi işıqlı, taleyi isə həm acı, həm də öyrədici olan bir şəhərdir. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın ağ daşdan tikdirdiyi imarət şəhər kimi Ağdam həm mədəniyyət, həm də həyatın beşiyi olmuşdur. Hər daşında xalqın zəhməti və yaradıcı ruhu əks olunmuş, şəhər tarix boyunca həm sənət, həm də həyat mərkəzi olaraq qalmışdır.

Arxeoloji qazıntılar göstərir ki, Ağdam torpağı səkkiz min illik sivilizasiyanın izlərini daşıyır. Üzərriktəpədə tapılan qədim əkinçilik və maldarlıq izləri, mis dövrünə aid artefaktlar şəhərin qədim mədəniyyətlərdən birinin beşiyi olduğunu sübut edir. Bu zəngin tarixi irs şəhərin həm milli yaddaş, həm də mədəni dəyərlər üçün əvəzolunmaz olduğunu göstərir.

1993-cü il 23 iyul tarixində Ağdamın böyük hissəsi işğal olundu. 128 min insan doğma yurdundan didərgin düşdü, 6 mindən çox qəhrəman şəhid oldu. Çörək muzeyi, məktəblər, məscidlər və sənaye obyektləri yerləyeksan edildi. Bu hadisələr Ağdamı Qafqazın “Xirosiması”na çevirdi və xalqın yaddaşında dərin izlər qoydu.

2020-ci ilin 20 noyabrında şəhər döyüşsüz azad edildi və bu tarix həm hərbi, həm siyasi, həm də mənəvi zəfərin simvoluna çevrildi. Azadlıqdan sonra başlanan yenidənqurma prosesləri, Böyük Qayıdış proqramı və iqtisadi inkişaf layihələri Ağdamı yenidən həyat dolu bir şəhərə çevirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr həm də xalqın qürurunu və iradəsini simvolizə edir.

Səbinə Gözəlova

YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.