Ağdam Şəhəri Günü Azərbaycanın hərbi-siyasi zəfərinin bariz nümunəsidir. 27 illik işğaldan sonra bir güllə belə atılmadan azad edilmiş bu şəhər xalqımızın qürur və dirçəliş simvoluna çevrilmişdir. Şəhərin azad edilməsi ilə Qarabağın dilbər guşəsi və cənnətməkanın giriş qapısı sayılan Ağdamın tarixi və mədəni irsi yenidən qorunmağa başladı.
Azad edilən Ağdamın bərpası və yenidənqurulması sürətlə davam edir. İşğaldan sonra şəhər və ətraf kəndlərdə infrastruktur layihələri icra edilir, yollar çəkilir, yaşayış binaları, məktəblər, körpələr evi və ictimai obyektlər tikilir. Hazırda şəhərin müxtəlif məhəllələrində və kəndlərdə – Kəngərli, Xıdırlı, Sarıcalı – bərpa-quruculuq işləri aparılır, mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri davam edir.
Ağdamın iqtisadi inkişafı da sürətlə gedir. Ağdam Sənaye Parkı, istehsal müəssisələri, tütün məmulatlarının istehsalı müəssisələri regionun iqtisadi canlanmasını təmin edir. Yeni infrastruktur, yollar və ictimai obyektlər şəhərin müasir standartlara uyğun inkişafına xidmət edir. Bu layihələr həm də Azərbaycan iqtisadiyyatının Qarabağdakı möhkəmlənməsini göstərir.
Prezident İlham Əliyevin Ağdama etdiyi səfərlər layihələrin sürətlənməsinə təkan verir. 2020-ci ildən 2025-ci ilə qədər şəhərdə bir sıra yeni yaşayış binalarının, məktəblərin, körpələr evlərinin, mehmanxanaların və mədəni obyektlərin açılışı və təməli qoyulub. Bu, Ağdam sakinlərinin doğma torpaqlarına qayıdışını təmin edən Böyük Qayıdış proqramının əsas hissəsidir.
Əminə Məhərrəmova
YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın