İşğaldan azad olunmuş Ağdamın bərpası və yenidən qurulması Azərbaycanın böyük strateji layihələrindən biridir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamı ilə təsis edilmiş şəhər günləri həm tarixi, həm də mədəni əhəmiyyət daşıyır. Bu günlər Azərbaycanın milli qürurunun və dirçəlişinin təntənəli ifadəsidir.
1993-cü ildə 42 gün davam edən ağır döyüşlər nəticəsində Ağdam işğal edildi və şəhər sakinləri doğma yurdlarından didərgin düşdü. İşğal dövründə ermənilər şəhəri tamamilə dağıtdı, tarixi və mədəni abidələri məhv etdi. Ağdamın bu vəziyyəti Azərbaycan xalqı üçün həm də milli yaddaşın yarası idi.
Hazırda Ağdamda bərpa işləri sürətlə aparılır. Baş Plan əsasında şəhərin 5 məhəlləsi yenidən qurulur. 2-ci məhəllədə 66 binanın tikintisi artıq davam edir və ilk sakinlərin gələcəkdə köçü nəzərdə tutulub. Eyni zamanda Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində də bərpa işləri həyata keçirilir. 2026-cı ilin sonunadək 42 min insanın şəhər və kəndlərə köçü planlaşdırılır.
Prezident İlham Əliyevin Ağdama etdiyi səfərlər bərpa işlərinə sürət qazandırır. Onun rəhbərliyi ilə Rəqəmsal İdarəetmə Mərkəzi, Təlim-Tədris Kompleksi, Muğam Mərkəzi və inzibati binaların təməlləri qoyulub. Bu layihələr şəhərə yeni nəfəs gətirir və Ağdamın yaralarını sağaldaraq onun əvvəlki şöhrətini bərpa edəcək.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın