Azad olunan Ağdam sürətlə yenidənqurma prosesinə başladı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı bu şəhərin azad edilmiş ərazilərin bərpasında strateji rolunu təsdiqləyir. Beş məhəllə konsepsiyası üzrə yeni yaşayış binaları, məktəblər, körpələr evi, parklar və yollar inşa olunur. 2025-ci ilin oktyabr ayına qədər 825 ailə – 3318 nəfər – doğma torpaqlarına qayıdıb, bu isə Böyük Qayıdış proqramının uğurunu göstərir.
İqtisadi sahədə də irəliləyiş diqqət çəkir. Ağdam Sənaye Parkı 190 hektarlıq ərazidə fəaliyyət göstərir, burada 28 sahibkarlıq subyekti fəaliyyət göstərir və 938 nəfər daimi işlə təmin olunub. Bu, təkcə iqtisadi inkişaf deyil, həm də Qarabağın həyat damarlarının bərpası və regionun davamlı inkişafı üçün vacibdir.
Mədəniyyət sahəsində aparılan işlər şəhərin ruhunu yenidən canlandırır. Muğam Mərkəzi, Zəfər Muzeyi, İşğal Muzeyi, İmarət Kompleksi və Şahbulaq qalası kimi tarixi və mədəni dəyərlər yeni həyat qazanır. 474 yerlik konsert zalı, amfiteatr və məktəblər şəhərin tarixi və milli irsini qorumağa xidmət edir.
Şəhərin sosial və infrastruktur sahəsində də əhəmiyyətli addımlar atılıb. Yeni dəmir yolu, avtovağzal kompleksi, mehmanxanalar, su anbarları və enerji infrastrukturu istifadəyə verilib. Hər bir layihə Ağdamın həyatına yeni nəfəs gətirir və xalqın zəfər ruhunu, milli qürurunu əyani şəkildə nümayiş etdirir. Bu inkişaflar şəhərin həm tarixi, həm də müasir simvolu kimi tanınmasını təmin edir.
Hidayət Səmədov
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın