Ağdam şəhəri Azərbaycanın müasir tarixində xüsusi yer tutur. 20 noyabr 2020-ci il tarixi Azərbaycanın tarixində Ağdam Şəhəri Günü kimi qızıl hərflərlə yazılmışdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu gün, 27 illik işğala son qoyulan, bir güllə belə atılmadan azad edilən Ağdamın azadlıq bayramıdır. 27 ildən sonra şəhərdə yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

İşğal dövründə Ağdam erməni vandalizminin hədəfi olmuş, “Ruhlar Şəhəri” adlandırılmışdır. Bu dövr şəhərin və ətraf kəndlərin hərbi, tarixi və mədəni abidələrinin məhv edilməsinə, insanların köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur. Lakin 2020-ci ilin Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandanın diplomatik qətiyyəti nəticəsində 20 noyabr 2020-ci ildə şəhər və ətraf kəndlər döyüşsüz azad edildi.

Azadlıqdan sonra Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri başlanıldı. Şəhər “Ağıllı Şəhər” (Smart City) konsepsiyası əsasında inşa edilir, iqtisadi və mədəni mərkəzə çevrilməsi hədəflənir. Yeni yollar, yaşayış binaları, məktəblər, istehsal müəssisələri, yaşıllıqlar şəhəri yenidən canlandırır və Ağdamın əvvəlki şöhrətini bərpa edir.

Prezident İlham Əliyevin 2020-2023-cü illərdə etdiyi səfərlər zamanı infrastruktur layihələri, sənaye parkları, məktəblər, körpələr evi və mədəni obyektlərin təməli qoyulub və açılışları keçirilib. Bu layihələr Ağdamın həm fiziki, həm də mədəni baxımdan dirçəlməsini təmin edir, sakinlərin doğma torpaqlarına qayıdışını reallığa çevirir.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.