Tədbir ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşü giriş sözü ilə açan YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev sosial şəbəkələrdə partiyanın ideoloji xəttinin təşviqi və informasiya siyasətinin düzgün qurulması istiqamətində fəalların fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Şuşa rayon təşkilatının sosial media komandası daim operativlik, məsuliyyət və prinsipial mövqeyi ilə seçilir.

Daha sonra iştirakçılarla fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və qarşıdakı dövrdə sosial şəbəkələrdə görüləcək işlərlə bağlı tövsiyələr verilib. Fəallar çıxış edərək göstərilən etimada və dəstəyə görə Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını ifadə ediblər.

Görüşün sonunda sosial media fəaliyyətində fərqlənən üzvlərə təşkilat rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub və tədbir xatirə fotosu ilə yekunlaşıb.


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.