Ağdamın bərpası Azərbaycanın milli dirçəliş və inkişaf proqramlarının mərkəzindədir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamı ilə təsis edilmiş şəhər günləri hər il ölkə üzrə böyük təntənə ilə qeyd olunur və Ağdamın tarixdəki rolunu ön plana çıxarır.

1993-cü ildə 42 gün davam edən ağır döyüşlərdən sonra şəhər Ermənistan tərəfindən işğal edilmiş, yerli əhali torpaqlarından didərgin düşmüşdür. İşğal dövründə şəhər tamamilə dağıdılmış, tarixi abidələr və məscidlər viran qoyulmuşdur. Bu dağıntılar Azərbaycan xalqı üçün böyük ağrı və itkini ifadə edirdi.

Hazırda Ağdamda genişmiqyaslı tikinti və bərpa işləri aparılır. Baş Plan əsasında 5 məhəllə layihələndirilib, 2-ci məhəllədə 66 binanın tikintisi başlanıb və ilk köçlər yaxın gələcəkdə planlaşdırılır. Eyni zamanda Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində işlər davam edir, digər kəndlərdə layihələndirmə işləri aparılır.

Prezident İlham Əliyevin Ağdama səfərləri bu işlərin sürətlənməsinə böyük təsir göstərir. Rəqəmsal İdarəetmə Mərkəzi, Təlim-Tədris Kompleksi, Muğam Mərkəzi və inzibati obyektlərin təməlləri qoyulub. Bu addımlar göstərir ki, Ağdam yenidən çiçəklənəcək, əvvəlki şöhrətini bərpa edəcək və sakinlərin böyük qayıdışına imkan yaradacaq.

Anar Cəbizadə

YAP Şuşa rayon təşəkilatının 37 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.