Ağdam, işğaldan azad olunmuş ərazilərdə bərpa və inkişafın rəmzi kimi önəmli rol oynayır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamına əsasən təsis edilmiş şəhər günləri hər il böyük təntənə ilə qeyd olunur, şəhərin tarixi və mədəni irsi ön plana çıxarılır.
1993-cü ildə baş verən döyüşlərdən sonra Ağdam Ermənistan tərəfindən işğal edilmiş, sakinlər doğma torpaqlarından didərgin düşmüşdür. İşğal dövründə şəhər tamamilə dağıdılmış, tarixi abidələr və yaşayış məntəqələri məhv edilmişdir. Bu dövr Azərbaycan xalqının milli yaddaşında dərindən iz buraxmışdır.
Hazırda Ağdamda genişmiqyaslı bərpa və tikinti işləri aparılır. Baş Plan əsasında şəhərin 5 məhəlləsi yenidən layihələndirilib və 2-ci məhəllədə 66 binanın tikintisi başa çatmaq üzrədir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində işlər davam edir və 2026-cı ilə qədər 42 min insanın şəhərə və kəndlərə köçü nəzərdə tutulub.
Prezident İlham Əliyevin səfərləri şəhərin yenidən qurulmasına xüsusi töhfə verir. Rəqəmsal İdarəetmə Mərkəzi, Təlim-Tədris Kompleksi, Muğam Mərkəzi və inzibati binaların təməlləri qoyulub. Bu layihələr Ağdamın “ruhlar şəhəri” imicini dəyişdirir və onu Azərbaycanın inkişaf etmiş, müasir şəhərlərindən birinə çevirir.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın