İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Ermənistan kapitulyasiyaya məcbur oldu. 2020-ci il noyabrın 20-də üçtərəfli Bəyanat əsasında Ağdam rayonu döyüşsüz azad edildi və 27 ildən sonra şəhərdə Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalandı. Bu hadisə həm hərbi-siyasi, həm də hüquqi baxımdan Azərbaycanın tarixi ədalətini bərpa etdi.
İşğal dövründə Ağdam Ermənistanın vandalizminə məruz qalmış, şəhər “Ruhlar Şəhəri” adlandırılmışdı. Həmin dövr şəhərin infrastrukturunun, tarixi abidələrinin və mədəni irsinin məhv edilməsinə səbəb oldu. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ağdam azad edildikdən sonra bərpa və quruculuq işləri dərhal başladı. Bu işlər şəhərin tarixi dəyərinin qorunması və sakinlərin doğma torpaqlarına geri dönüşünü təmin edir.
Azad olunmuş ərazilərdə bərpa və tikinti işləri sürətlə davam edir. Ağdamda yeni yaşayış binaları, məktəblər, körpələr evi, yollar və infrastruktur layihələri icra edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin sosial və iqtisadi infrastrukturu yenidən formalaşdırılır, azad olunmuş torpaqlarda böyük qayıdış proqramı həyata keçirilir.
Şəhərin bərpası həm fiziki, həm də mədəni baxımdan genişmiqyaslıdır. Prezident İlham Əliyevin Ağdama etdiyi səfərlər zamanı bir sıra yaşayış binalarının, mədəni obyektlərin və sənaye müəssisələrinin təməli qoyulmuş, açılış mərasimləri keçirilmişdir. Bu layihələr Ağdamın Qarabağ iqtisadi rayonunun ən mühüm mərkəzlərindən birinə çevrilməsini təmin edir.
Elxan Ələkbərov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın