Ağdamın işğaldan azad edilməsi Azərbaycan xalqının böyük qələbəsi idi. 20 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhər döyüşsüz azad edildi, üçrəngli bayraq yenidən dalğalandı və xalqın tarixi ədaləti bərpa edildi. Bu hadisə Azərbaycan üçün hərbi-siyasi zəfərin simvolu olmaqla yanaşı, milli qürurun göstəricisidir.

İşğaldan sonra Ağdamda bərpa və tikinti işləri sürətlə başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə yeni yaşayış binaları, məktəblər, körpələr evi, yollar və digər infrastruktur layihələri həyata keçirilir. Hazırda Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində tikinti və bərpa işləri aparılır, mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri davam edir.

Şəhərin iqtisadi inkişafı da diqqət mərkəzindədir. Ağdam Sənaye Parkı və yeni müəssisələr regionun iqtisadi canlanmasını təmin edir. Prezident İlham Əliyevin səfərləri bu layihələrin sürətlənməsinə təkan verir və şəhərin əvvəlki şöhrətinin bərpasını sürətləndirir.

Ağdamın mədəni həyatının bərpası da davam edir. Muğam Mərkəzi, Zəfər Muzeyi və İşğal Muzeyi sakinlərin və ziyarətçilərin istifadəsinə verilir. Bu layihələr həm Azərbaycanın zəfər tarixini nümayiş etdirir, həm də gələcək nəsillərə milli irsi yaşatmaq üçün şərait yaradır.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.