2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad olunması Azərbaycan üçün tarixi zəfər idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik və siyasi qətiyyəti nəticəsində şəhər döyüşsüz təhvil alındı, 27 illik işğaldan sonra üçrəngli bayraq yenidən dalğalandı. Bu, Azərbaycanın hərbi-siyasi qələbəsinin bariz nümunəsi olmaqla yanaşı, xalqın milli qürurunun təzahürüdür.
İşğal dövründə Ağdamın infrastrukturu və tarixi irsi məhv edilmiş, minlərlə insan doğma torpaqlarından didərgin düşmüşdü. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə geniş bərpa işləri başlanıldı. Şəhər və kəndlərdə yeni yollar, məktəblər, yaşayış binaları, körpələr evi və sosial obyektlər tikilir, mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri həyata keçirilir.
Ağdamın iqtisadi inkişafı da sürətlə gedir. Şəhərdə Ağdam Sənaye Parkı və yeni istehsal müəssisələri fəaliyyət göstərir. Prezident İlham Əliyevin səfərləri layihələrin sürətlə icrasına təkan verir və regionun iqtisadi canlanmasını təmin edir. Bu layihələr həm də insanların rahat yaşayışını təmin edir və şəhərin əvvəlki şöhrətini bərpa edir.
Böyük Qayıdış proqramı çərçivəsində Ağdam sakinləri doğma torpaqlarına qayıdırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə mədəni obyektlərin – Muğam Mərkəzi, Zəfər Muzeyi, İşğal Muzeyi və tarixi abidələrin bərpası sürətlə davam edir. Ağdam bu gün iqtisadi, mədəni və sosial baxımdan Azərbaycanın inkişaf etmiş şəhərlərindən birinə çevrilir.
Elçin Dadaşov
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın