Ağdam Şəhəri Günü Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyətə malikdir. 20 noyabr 2020-ci il tarixi, 27 illik işğala son qoyularaq bir güllə belə atılmadan azad edilən Ağdamın azadlıq bayramı kimi qeyd edilir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu gün, şəhərin tarixi və mədəni irsinin qorunması və xalqın qürurunun simvolu kimi qeyd olunur. 27 ildən sonra Ağdamda yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

İşğal dövründə Ağdam şəhəri “Ruhlar Şəhəri” adlandırılırdı. Bu dövr şəhərin və ətraf kəndlərin dağıdılması, tarixi və mədəni abidələrin məhv edilməsi ilə yadda qaldı. Lakin 2020-ci ilin Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı və Prezident İlham Əliyevin diplomatik qətiyyəti nəticəsində Ağdam şəhəri və ətraf kəndlər döyüşsüz azad edildi. Bu hadisə Azərbaycanın hərbi-siyasi zəfərinin bariz nümunəsi oldu.

Azadlıqdan sonra Ağdamda genişmiqyaslı bərpa və yenidənqurma işləri başlandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhər “Ağıllı Şəhər” (Smart City) konsepsiyası əsasında inşa edilir, yeni yollar, məktəblər, körpələr evi və istehsal müəssisələri tikilir. Hazırda şəhərin müxtəlif məhəllələrində və kəndlərdə – Kəngərli, Xıdırlı, Sarıcalı – tikinti və bərpa işləri davam edir, mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri aparılır.

Prezident İlham Əliyevin Ağdama etdiyi səfərlər zamanı Zəfər Muzeyi, Muğam Mərkəzi, İşğal Muzeyi və tarixi abidələrin təməli qoyulmuş, bir sıra yaşayış binalarının və infrastruktur layihələrinin açılışları keçirilmişdir. Bu layihələr həm Ağdam sakinlərinin doğma torpaqlara qayıdışını təmin edir, həm də şəhərin iqtisadi, mədəni və sosial inkişafını sürətləndirir.

Natiq Mahmudov

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.