Prezident İlham Əliyevin geniş müsahibəsi regionda gedən proseslərə yeni baxış bucağı gətirərək göstərdi ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər artıq klassik diplomatik çərçivəni aşaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Müsahibədə vurğulanan əsas məqamlar iki ölkə arasında mövcud siyasi yaxınlığın sistemli şəkildə möhkəmləndirildiyini və bu əməkdaşlığın regional sabitlik üçün əhəmiyyətli rol oynadığını təsdiqləyir. Bu strateji tərəfdaşlıq həm də türk dünyasının birliyi və gələcək inkişaf konsepsiyası üçün mühüm təməl hesab olunur.

Tarixi, mədəni və mənəvi bağlara söykənən Azərbaycan–Mərkəzi Asiya münasibətləri Prezidentin açıqlamalarında xüsusi yer aldı. Xəzər dənizi region ölkələri arasında kommunikasiya və inteqrasiya mərkəzi kimi çıxış edir və bu məsafələri daha da yaxınlaşdırır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində fəal iştirakı siyasi dialoqun davamlılığını təmin edir və regionun gələcək inkişafında mühüm rol oynayır. Bu yanaşma həm də yüksək səviyyəli etimadın və ortaq məqsədlərin təzahürüdür.

Azərbaycan–Özbəkistan münasibətlərinin ən mühüm elementlərindən biri isə iqtisadi əlaqələrin sürətli inkişafıdır. Təkcə 2025-ci ilin ilk doqquz ayında ticarət dövriyyəsinin 87 faizdən çox artması iki ölkə arasında iqtisadi inteqrasiyanın nə qədər dinamik olduğunu göstərir. Orta Dəhlizin genişləndirilməsi, nəqliyyat-logistika infrastrukturunun gücləndirilməsi və qarşılıqlı investisiya layihələri bu əməkdaşlığın real nəticələridir. Bundan əlavə, mədəni-humanitar layihələrin artması, qardaşlaşmış şəhərlərin əməkdaşlığı və keçirilən mədəniyyət günləri xalqların birliyini daha da möhkəmləndirir.

Anar Cəbizadə

YAP Şuşa rayon təşəkilatının 37 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.