Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Türk dünyasında inteqrasiya proseslərinin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi bəyanat kimi dəyərləndirilə bilər. Dövlət başçısının səsləndirdiyi fikirlər, xüsusilə Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin vahid tarixi-mədəni məkan kimi təqdim edilməsi, regionda inteqrasiya proseslərinin strateji mahiyyətini daha da gücləndirir. Bu yanaşma Türk Dövlətləri Təşkilatının gələcək inkişafına yeni konseptual məzmun qazandırır.

Müsahibənin ən diqqətçəkən məqamlarından biri Azərbaycan–Özbəkistan münasibətlərinin ideoloji-siyasi əsaslarının müəyyənləşdirilməsi idi. İlham Əliyevin bu münasibətləri “mənəvi yaxınlığa əsaslanan qardaşlıq modeli” kimi qiymətləndirməsi göstərir ki, regionda formalaşan əməkdaşlıq yalnız iqtisadi maraqlara deyil, həm də ortaq kimliyə söykənir. Bu isə inteqrasiyanın daha davamlı və uzunmüddətli olacağını deməyə imkan verir.

İqtisadi əməkdaşlıq sahəsində səsləndirilən rəqəmlər Türk dünyasında regional bazarın formalaşdığını göstərir. Azərbaycan-Özbəkistan investisiya şirkətinin yaradılması, ticarət dövriyyəsinin artması, nəqliyyat-logistika sahəsindəki inkişaf bütün türk dövlətlərinin vahid iqtisadi məkana daha sürətli inteqrasiya olacağını göstərir. Orta Dəhlizin genişlənməsi və Xəzər üzərindən yeni logistika imkanlarının açılması türk dünyasının geoiqtisadi gücünü artırır.

Bütün bu proseslərdə Azərbaycan həlledici siyasi və iqtisadi aktor kimi çıxış edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan regionda həm etibarlı tərəfdaş, həm də inteqrasiya proseslərinin aparıcı mövqeyə sahib dövləti kimi özünü təsdiq edib. Müsahibədə səsləndirilən mesajlar Türk dünyasının vahid mərkəz ətrafında sıx birləşmək potensialına malik olduğunu bir daha göstərir.

Kamalə Səfərova

YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.