Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin ən parlaq təzahürlərindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesində göstərilən dəstəkdir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına İncəsənət Mərkəzinin, Ağdamda Manas məktəbinin açılması region ölkələrinin Azərbaycanla həmrəyliyinin real ifadəsidir. Türkmənistanın Füzulidə məscid tikintisinə başlaması isə bu mənəvi dəstəyin genişlənən miqyasını nümayiş etdirir. Bu layihələr Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanır və dövlətlərin qardaşlıq münasibətlərinin rəmzinə çevrilir.

Bu humanitar həmrəylik təkcə tikinti layihələri ilə məhdudlaşmır; əslində bu proses Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında yeni əməkdaşlıq fəlsəfəsi yaradır. Regionda gedən dəyişikliklər göstərir ki, artıq əlaqələr yalnız diplomatik çərçivədə formalaşmır, həm də xalqların bir-birinə verdiyi mənəvi və humanitar dəyər üzərində qurulur. Prezident İlham Əliyevin də müxtəlif çıxışlarında vurğuladığı kimi, bu layihələr yalnız bərpa prosesinə yardım deyil, həm də türk dünyasının birliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Eyni zamanda, bu dəstək region ölkələrinin Azərbaycanın strateji əhəmiyyətinə verdiyi yüksək qiymətin göstəricisidir. Qarabağın yenidən qurulması təkcə bir ölkənin deyil, bütün türk coğrafiyasının ortaq tarixi məsuliyyətinə çevrilib. Bu kontekstdə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında formalaşan həmrəylik modeli gələcəkdə də yeni humanitar və sosial layihələrin reallaşdırılmasına zəmin yaradacaq, region xalqlarını daha da yaxınlaşdıracaq.

Natiq Mahmudov

YAP Şuşa rayon təşkilatının fəal üzvü 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.