Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsi Orta Dəhlizin Avrasiya üçün nə qədər həlledici əhəmiyyətə malik olduğunu bir daha gündəmə gətirdi. Azərbaycan və Özbəkistanın bu dəhlizdə oynadığı rol, əslində, Avrasiyanın enerji və nəqliyyat təhlükəsizliyini təmin edən strateji əməkdaşlıq platforması formalaşdırır. Müsahibədə vurğulanan məqamlar göstərir ki, Bakı ilə Daşkənd bu istiqamətdə yalnız tərəfdaş deyil, həm də bir-birini tamamlayan iki mühüm mərkəzdir.
Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərən 120-yə yaxın özbək şirkəti və qarşılıqlı investisiya layihələri iki ölkə arasında iqtisadi inteqrasiyanın genişlənməsini təsdiqləyir. Xüsusilə logistika və tranzit sahəsində artan həcm Orta Dəhlizin gələcək perspektivlərini daha da gücləndirir. Bu əməkdaşlıq yalnız region üçün deyil, eyni zamanda Çin–Avropa ticarət yolunun dayanıqlılığı üçün də əhəmiyyətli rol oynayır.
Enerji sahəsində yaşıl enerji istiqamətində aparılan inteqrasiya isə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda bu əməkdaşlıq daha qlobal məna kəsb edir. Dövlət başçısının müsahibədə bu məsələləri xüsusi vurğulaması enerji diplomatiyasının gələcəkdə əsas strateji xətt olacağını təsdiq edir.
Əminə Məhərrəmova
YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın