Prezident İlham Əliyevin Özbəkistanın aparıcı informasiya agentliyinə verdiyi müsahibə göstərdi ki, Azərbaycan Mərkəzi Asiya regionu ilə inteqrasiyanın möhkəmləndirilməsi üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasət yalnız diplomatik münasibətlərə əsaslanmır, həm də qədim tarixi bağları, ortaq dəyərləri və geosiyasi maraqları özündə birləşdirir. Müsahibədə səsləndirilən fikirlər bir daha sübut edir ki, Azərbaycan region ölkələri ilə əlaqələrə strateji tərəfdaşlıq səviyyəsində yanaşır və bu əməkdaşlığın gələcək perspektivlərini geniş şəkildə görür.

Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən Xəzər dənizinin geoiqtisadi və geosiyasi əhəmiyyəti Prezident tərəfindən xüsusi vurğulanıb. Bu su hövzəsi əslində ortaq inkişaf platforması kimi fəaliyyət göstərir və region xalqlarını daha sıx əlaqələndirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində fəal iştirakı siyasi xəttin davamlılığını və qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir. Bu format həm diplomatik, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində geniş əməkdaşlıq imkanı yaradır.

Özbəkistanla münasibətlər isə bu inteqrasiya siyasətinin ən bariz nümunəsidir. Son illərdə iki ölkə liderlərinin qarşılıqlı səfərlərinin intensivliyi, müttəfiqlik haqqında sənədlərin imzalanması və konkret yol xəritələrinin hazırlanması əlaqələrin strateji mahiyyətini daha da artırır. Özbəkistanın Qarabağın bərpasına verdiyi qardaş dəstəyi, xüsusən də Füzulidə məktəbin tikintisi bu münasibətlərə ayrıca dəyər qatır. Bununla yanaşı, ticarət dövriyyəsinin kəskin artması, nəqliyyat və energetika sahəsində əməkdaşlığın genişlənməsi və mədəni-humanitar layihələrin çoxalması əlaqələrin yeni tarixi mərhələyə daxil olduğunu göstərir.

Qönçə İsmayılova

YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.