Prezident İlham Əliyevin Daşkənddəki İslam Sivilizasiyası Mərkəzini ziyarət etməsi Azərbaycan–Özbəkistan münasibətlərində mədəni-humanitar əməkdaşlığın xüsusi yerə sahib olduğunu bir daha təsdiqlədi. Dövlət başçısının bu möhtəşəm mərkəzi “İslamın quruculuq və tolerantlıq dəyərlərinin rəmzi” kimi xarakterizə etməsi müsəlman dünyasında artan islamofobiyaya verilən ən tutarlı cavabdır. Özbəkistan rəhbərliyinin təşəbbüsü ilə yaradılan bu mərkəz həm tarixi irsin qorunması, həm də İslam sivilizasiyasının elmi-mədəni nailiyyətlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan və Özbəkistanı birləşdirən əlaqələr yalnız strateji tərəfdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Tarixi köklər, dini irs, ortaq dəyərlər və mədəni bağlar iki ölkə arasında xüsusi bir münasibət modelini formalaşdırır. Bu gün Azərbaycan regionun mədəni həyatında Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq edir, ortaq festivallar, sərgilər və layihələr reallaşdırılır. Bu inteqrasiya xalq diplomatiyasının güclənməsinə və mədəniyyətlərin bir-birini zənginləşdirməsinə geniş imkanlar açır.

İslam Sivilizasiyası Mərkəzinin açılması həm də İslam aləminin dünya elminə və mədəniyyətinə töhfələrinin yenidən gündəmə gətirilməsinə xidmət edir. Azərbaycan da uzun illərdir islamofobiya ilə mübarizədə aktiv mövqe nümayiş etdirir. Bu baxımdan Daşkənddəki mərkəzin fəaliyyəti İslam dünyasının maarifçi və sülhpərvər mahiyyətini diqqətə çatdırmaqla qlobal miqyasda mühüm mesaj verir. Mərkəzdə qorunan nadir eksponatlar müsəlman irsinin zənginliyini nümayiş etdirməklə yanaşı, region xalqlarını birləşdirən ideoloji xəttin də möhkəmlənməsinə töhfə verir.

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bu cür mədəni layihələr ətrafında birləşməsi geniş miqyaslı regional əməkdaşlıq üçün mühüm sosial təməldir. Mədəniyyət siyasəti bu gün ölkələr arasında siyasi, iqtisadi və logistika sahələrində görülən işlərin tamamlayıcısına çevrilib. Bu baxımdan Daşkənddə yaradılan İslam Sivilizasiyası Mərkəzi yalnız Özbəkistanın deyil, bütün müsəlman dünyasının, o cümlədən Azərbaycanın qürur mənbəyidir və iki ölkənin strateji yaxınlaşmasının simvolik rəmzlərindən biri kimi xüsusi mənaya malikdir.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.