Daşkənddə qəbul edilən qərarla Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü oldu və bununla regionun siyasi xəritəsində yeni tarixi mərhələ başlandı. Artıq Mərkəzi Asiya yalnız beş ölkədən ibarət deyil – Azərbaycan bu coğrafiyanın mərkəzi aktorlarından biri kimi vahid əməkdaşlıq formatının tam hüquqlu iştirakçısına çevrilib. Bu, həm münasibətlərin dərinləşdiyini, həm də regionun yeni geosiyasi konsepsiya əsasında birləşdiyini göstərən tarixi addımdır.

Bu qərarın qəbul edilməsi Azərbaycan ilə Mərkəzi Asiya arasındakı dostluq və qardaşlıq münasibətlərinin nə qədər möhkəm olduğunu nümayiş etdirir. Özbəkistan Prezidentinin qeyd etdiyi kimi, bu hadisə region üçün tarixi gündür və Cənubi Qafqazla Mərkəzi Asiya arasında güclü körpü yaradacaq. Bu körpü yalnız nəqliyyat və ticarət istiqamətlərində deyil, həm də siyasi, mədəni və mənəvi sahələrdə geniş inteqrasiyanı təmin edəcək. Digər ölkə liderlərinin çıxışları da Azərbaycanın bu formata qoşulmasını böyük imkanlar açan addım kimi qiymətləndirdi.

Yeni format həm beynəlxalq tranzit marşrutlarında, həm energetika sahəsində, həm də regional təhlükəsizlik məsələlərində daha koordinasiyalı qərarların verilməsinə imkan yaradacaq. Azərbaycanın iştirakı ilə regionun qlobal səviyyədə səsinin daha güclü eşidiləcəyi artıq indidən bəllidir. Bu əməkdaşlıq təkcə regional inkişafı deyil, həm də türk dünyasının birliyini yeni səviyyəyə qaldıracaq və Avrasiyada yeni strateji güc mərkəzinin formalaşmasına töhfə verəcək.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.