Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi əhatəli müsahibə bir daha təsdiq etdi ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında qurulan dostluq və əməkdaşlıq müasir dövrün geosiyasi reallıqlarına tam uyğundur. Dövlət başçısının açıqlamaları regionda cərəyan edən proseslərin mahiyyətini, gələcək hədəfləri və strateji inkişaf trayektoriyasını aydın göstərir. Bu müsahibə, əslində, Azərbaycan–Özbəkistan münasibətlərinin hansı dərəcədə dərin və çoxşaxəli olduğunu, iki xalqı birləşdirən tarixi və mənəvi bağların müasir şəraitdə də öz əhəmiyyətini qoruduğunu bariz şəkildə nümayiş etdirdi.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin tarixi-mədəni yaxınlığı haqqında Prezidentin vurğuları bu əməkdaşlığın təməlində duran əsas amillərdən biridir. Xəzər dənizi fiziki olaraq ayırıcı element kimi görünməsinə baxmayaraq, əslində region xalqlarını bir-birinə bağlayan strateji körpüyə çevrilib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində müntəzəm iştirakı bunu bir daha sübut edir. Bu platformalarda aparılan siyasi dialoq və qarşılıqlı etimad ölkələr arasında həm regional təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından yeni imkanlar yaradır.

Xüsusilə Azərbaycan–Özbəkistan münasibətləri son illərdə sürətlə genişlənərək tamamilə yeni mərhələyə qədəm qoyub. İki ölkə prezidentləri arasında olan şəxsi dostluq bu əməkdaşlığın lokomotivi rolunu oynayır. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi ardıcıl dəstək, Qarabağda həyata keçirilən bərpa işlərinə töhfələri və Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası qardaşlığın rəmzi kimi yadda qalacaq. Bu münasibətlər yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, həm də mədəni-humanitar əlaqələrin genişlənməsi ilə xalqların yaxınlaşmasını daha da gücləndirir.

Namiq Hüseynov

YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.