Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsi regionda baş verən strateji prosesləri anlamaq baxımından mühüm mənbə rolunu oynayır. Bu çıxış göstərir ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər sadəcə diplomatik protokoldan ibarət deyil, dərin tarixi köklərə, mədəni yaxınlığa və möhkəm siyasi iradəyə əsaslanır. Dövlət başçısının müsahibədə toxunduğu məqamlar iki ölkə arasında qurulan əlaqələrin regionun gələcək inkişafına həlledici təsir göstərəcəyini bir daha təsdiqləyir.

Xəzər dənizinin regionu birləşdirən strateji platforma kimi dəyərləndirilməsi Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin geosiyasi əsasını təşkil edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı göstərir ki, Bakı daxilolduğu bütün regional əməkdaşlıq formatlarında fəal və təşəbbüskar mövqe tutur. Bu, həm siyasi dialoqun keyfiyyətini artırır, həm də iqtisadi və nəqliyyat layihələrinə təkan verir. Bu yanaşma regionun sabitliyi və inkişafı üçün mühüm önəm daşıyır.

Özbəkistanla münasibətlər isə bu siyasətin ən parlaq təzahürüdür. Dövlət başçılarının şəxsi dostluğuna söykənən əməkdaşlıq özünü həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə göstərir. 2025-ci ilin doqquz ayında ticarət dövriyyəsinin 87 faizdən çox artması tərəfdaşlığın real nəticəsidir. Qarabağın bərpasında Özbəkistanın verdiyi töhfələr, mədəniyyət günlərinin təşkili, Bakıda Özbəkistan parkının və Daşkənddə Ümummilli Lider Heydər Əliyev meydanının yaradılması xalqların qardaşlığının rəmzidir. İki ölkənin 2027-ci ildə U-20 Dünya Çempionatını birgə keçirməsi isə əməkdaşlığın idman sahəsində də uğurla inkişaf etdiyini göstərir.

Rəsmiyyə Məmmədova

YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.