Prezidnet İlham Əliyevin UzA-ya müsahibəsində sadəcə siyasi və iqtisadi məsələlər deyil, həm də Azərbaycan–Özbəkistan münasibətlərinin mədəni-humanitar aspektləri xüsusi yer tutur. Bu, iki ölkənin əlaqələrinin təkcə strategiya və maraqlara deyil, həm də xalqların yaddaşına, ortaq dəyərlərə, tarixi bağlara söykəndiyini göstərir. Bu istiqamətdə atılan addımlar münasibətlərin davamlı və uzunmüddətli olmasını təmin edir.

Ümummilli Lider Heydər Əliyev adına meydanın Daşkənddə yaradılması, Bakıda “Özbəkistan” parkının salınması və davamlı şəkildə təşkil edilən mədəniyyət günləri iki xalq arasında ideya birliyini daha da gücləndirir. Bu layihələr həm keçmişi yaşadır, həm də gələcək nəsillərdə qardaşlıq hissini möhkəmləndirir. Eyni zamanda, bu humanitar yaxınlıq siyasi və iqtisadi sahələrdə əməkdaşlıq üçün daha güclü təməl yaradır.

İki ölkənin mədəni və humanitar sahədə həyata keçirdiyi bu təşəbbüslər həm də türk dünyasında vahid kimlik və ideoloji birlik prosesinə töhfə verir. Prezident İlham Əliyevin müsahibəsində bu sahəyə xüsusi diqqət yetirməsi göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız dövlət səviyyəsində deyil, xalq səviyyəsində də güclənməkdədir. Bu isə bütün regiona sabitlik və əməkdaşlıq baxımından müsbət təsir göstərir.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.