İlham Əliyevin UzA-ya müsahibəsi göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri hazırkı mərhələdə sadəcə regional əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, Avrasiyanın strateji gələcəyinin formalaşmasına yönəlmiş sistemli yanaşmanın bir hissəsidir. Dövlət başçısının açıqlamaları iki ölkənin ortaq tarixi, mədəni və siyasi köklərdən çıxış edərək yeni inteqrasiya modelini formalaşdırdığını ortaya qoyur. Bu model türk dünyasının güclənməsi kontekstində xüsusi əhəmiyyət kəsb edir.
Xəzər dənizinin enerji və logistika baxımından region xalqlarını birləşdirən “həyat arteriyası” kimi təqdim edilməsi Azərbaycan və Mərkəzi Asiya arasında strateji sinerjinin əsas mahiyyətini açıqlayır. Bu amil həm Orta Dəhliz kimi transkontinental layihələrin inkişafı, həm də təhlükəsizlik və iqtisadi koordinasiya baxımından mühüm rol oynayır. Azərbaycanın Məşvərət Görüşündə daimi iştirakı Bakının regional liderlik mövqeyini möhkəmləndirir.
Prezident Şavkat Mirziyoyevlə İlham Əliyev arasındakı şəxsi münasibətlərin yüksək səviyyəsi də bu əməkdaşlığın özəyini təşkil edir. Özbəkistanın Qarabağa göstərdiyi real və səmimi dəstək, Bakıda “Özbəkistan” parkının, Daşkənddə Heydər Əliyev meydanının yaradılması bu qardaşlığın rəmzidir. Müsahibə göstərir ki, Azərbaycan–Özbəkistan əməkdaşlığı artıq Avrasiyanın yeni geosiyasi xəritəsində mühüm strateji xətt rolunu oynayır.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Bir şərh yazın