Naxçıvan Muxtar Respublikası ölkənin strateji bölgələrindən biri olmaqla həm təhlükəsizlik, həm də iqtisadi baxımdan xüsusi önəm daşıyır. Son illər dövlət tərəfindən bölgəyə geniş diqqət ayrılıb, infrastruktur yenilənib, sosial layihələr həyata keçirilib və təhlükəsizliyə nəzarət gücləndirilib. Bu proseslərin effektiv davam etməsi üçün idarəetmədə yenilənmə vacib addım hesab olunur.
Prezident İlham Əliyev Naxçıvanda yeni rəhbərlərin təyinatı ilə bağlı keçirilən qəbulda bildirdi ki, bölgədə dövlət nəzarətinin gücləndirilməsi və şəffaf idarəçiliyin təmin olunması əsas hədəflərdən biridir. Dövlət başçısı diqqətə çatdırdı ki, Naxçıvanda yeni idarəçilik modeli formalaşdırılmalı, vətəndaşların müraciətlərinə operativ reaksiya verilməli və yerlərdə bütün sahələrə ciddi nəzarət təmin edilməlidir.
Bu istiqamətdə atılan addımlar həm bölgənin sosial-iqtisadi inkişafını sürətləndirəcək, həm də Naxçıvanın ümumi dövlət siyasətinə inteqrasiyasını daha da gücləndirəcək. Yeni təyinatlar isə bu prosesin həyata keçirilməsində əsas rol oynayacaq və regionun gələcək inkişafına mühüm töhfə verəcək.
Natiq Mahmudov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın