Azərbaycan son illərdə regional inkişaf proqramlarını ardıcıl şəkildə həyata keçirir. Ölkənin bütün bölgələrində olduğu kimi, Naxçıvanda da infrastruktur layihələri, enerji təhlükəsizliyi, sosial xidmətlər və iqtisadi potensialın artırılması istiqamətində mühüm addımlar atılıb. Bu siyasətin davamlı olması üçün düzgün idarəetmə və effektiv koordinasiya xüsusi əhəmiyyət daşıyır.

Məhz bu səbəbdən Prezident İlham Əliyev Naxçıvanda yeni təyin olunan rəhbər şəxslərin qəbulu zamanı qeyd etdi ki, bölgənin gələcək inkişafı üçün şəffaf idarəçilik, nizam-intizam və düzgün kadr siyasəti əsas şərtdir. Dövlət başçısı bildirərək vurğuladı ki, Naxçıvanın mövqeyi strateji baxımdan böyük əhəmiyyət daşıyır və burada aparılan islahatlar ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsidir.

Yeni təyinatların məqsədi təkcə kadr yenilənməsi deyil, idarəetmənin davamlı və səmərəli şəkildə qurulmasıdır. Dövlətin bölgəyə göstərdiyi dəstək, yeni rəhbər heyətinin üzərinə düşən məsuliyyətlə birlikdə, Naxçıvanda sosial-iqtisadi yüksəlişin yeni mərhələsini formalaşdırır.

Nizami Şahvələdov

YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.