Azərbaycanın dövlət idarəçiliyi sistemində sosial ədalət prinsipi hər zaman prioritet olub. Prezident İlham Əliyev Naxçıvanda keçirilən qəbul zamanı bu prinsipi xüsusi vurğulayaraq qeyd edib ki, ölkənin hər bölgəsində qərarların qəbulunda şəffaflıq, bərabərlik və vətəndaş məmnuniyyəti əsas meyarlardır. Son illərdə bəzi bölgələrdə müşahidə olunan özbaşınalıqların aradan qaldırılması və idarəetmədə məsuliyyətin artırılması da məhz sosial ədalət prinsipinin gücləndirilməsi ilə bağlıdır.

Yeni təyinatlar bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Yerli rəhbərlərin davranış modeli və fəaliyyət tərzi dövlətin sosial siyasəti ilə uyğunlaşdırılmalıdır. Prezident İlham Əliyevin sözlərinə görə, rəhbərlər xalqla bir yerdə olmalı, onların problemlərini yerində dinləməli və operativ şəkildə həll etməlidirlər. Bu, təkcə administrativ tələb deyil, həm də dövlət idarəçiliyinin etik tələbi kimi çıxış edir. Sosial ədalət yalnız qanunla deyil, həm də idarəçilərin gündəlik işi ilə təmin olunur.

Yerli idarəetmədə şəffaflığın artırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaşların problemlərinə həssas yanaşma yeni mərhələnin əsas tələbləridir. Prezidentin çıxışında qeyd olunan çağırışlar göstərir ki, bundan sonra hər bir rəhbər fəaliyyətində daha böyük məsuliyyət daşıyacaq. Sosial ədalətə əsaslanan idarəetmə modeli ölkənin sosial sabitliyinin, regional inkişafın və vətəndaş etimadının möhkəmlənməsinə xidmət edir. Bu prinsip həm bu gün, həm də gələcək üçün dövlət siyasətinin təməl sütunlarından biri olaraq qalacaq.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.