Prezident İlham Əliyevin Naxçıvanda rəhbər şəxslərlə keçirdiyi qəbul ölkədə idarəetmə fəlsəfəsinin yeni mərhələsini müəyyənləşdirən mühüm siyasi hadisə olmuşdur. Dövlət başçısı çıxışında qeyd etdi ki, hər bir təyinat həm böyük etimad, həm də yüksək məsuliyyətdir. Yerli icra hakimiyyəti orqanları yalnız inzibati struktur deyilu, eyni zamanda, vətəndaşların gündəlik qayğılarının ilk ünvanıdır. Prezident İlham Əliyevin “xalqla bir yerdə olmaq” barədə fikirləri rəhbər şəxslərin fəaliyyət standartlarını müəyyənləşdirən əsas tezisdir.

Görüş zamanı səsləndirilən infrastruktur uğurları bölgələrdə genişmiqyaslı inkişafın davamlı xarakter daşıdığını göstərir. Elektrik enerjisi, qazlaşdırma, içməli su və yol infrastrukturu üzrə görülən işlər regionların inkişafını sürətləndirib və ölkənin ümumi iqtisadi xəritəsini daha da genişləndirib. Magistral və kənd yollarının yenilənməsi, müasir xəstəxana və məktəblərin tikintisi, sosial obyektlərin istifadəyə verilməsi kimi layihələr vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bütün bu layihələr dövlət büdcəsi hesabına həyata keçirilir və hər bir bölgənin inkişafına xidmət edir.

Prezident İlham Əliyevin çıxışı sosial ədalətin idarəetmədə ən vacib prinsip olduğunu bir daha təsdiqlədi. Dövlət başçısının vurğuladığı kimi, hər kəs ədaləti öz yaşayış yerində hiss etməlidir. Bu isə yalnız şəffaf, məsuliyyətli və hesabatlı idarəçiliyin mümkün nəticəsidir. Rəhbərlər vətəndaşlarla mütəmadi ünsiyyətdə olmalı, problemləri aradan qaldırmalı və yerli inkişaf proseslərində fəal iştirak etməlidirlər. Dövlət başçısının müəyyən etdiyi bu yanaşma modelində xalqla birbaşa təmas və insan amilinə verilən yüksək dəyər idarəetmənin mahiyyətini təşkil edir.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.