Prezident İlham Əliyevin Naxçıvanda yeni təyin olunan rəhbər şəxslərlə keçirdiyi görüş müasir dövlət idarəçiliyinin konseptual istiqamətlərini özündə cəmləyən mühüm hadisə kimi dəyərləndirilir. Dövlət başçısı təyinat alan hər bir məmura xatırlatdı ki, rəhbərlik vəzifəsi yalnız status deyil, həm də böyük etimadın və daha böyük məsuliyyətin daşıyıcısıdır. Prezident İlham Əliyevin “Xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” fikri yerli icra hakimiyyətlərinin fəaliyyətinə yeni yanaşmanın əsasını təşkil edir. Bu prinsip idarəetmənin mərkəzində vətəndaş amilinin dayandığını göstərir.

Dövlət başçısının çıxışında qeyd edilən infrastruktur nailiyyətləri ölkənin regionlar üzrə tarazlı inkişaf modelinin formalaşdığını göstərir. Son illərdə elektrik enerjisi infrastrukturunun yenilənməsi, qazlaşdırmanın genişlənməsi, su təminatı və suvarma sistemlərinin təkmilləşdirilməsi regionların rifahını əhəmiyyətli dərəcədə artırıb. Magistral və kənd yollarının 70–80 faizinin yenilənməsi isə həm kənd təsərrüfatının, həm turizmin, həm də sahibkarlıq fəaliyyətinin genişlənməsinə şərait yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihələr dövlət proqramları əsasında və dövlət büdcəsi hesabına ardıcıl şəkildə həyata keçirilib və ölkənin hər bölgəsində müasir xəstəxana, məktəb və sosial obyektlər istifadəyə verilib.

Prezident İlham Əliyevin çıxışında sosial ədalət prinsipinin idarəetmədə aparıcı rol oynaması xüsusi olaraq qeyd olundu. Dövlət başçısı bildirdi ki, vətəndaşların hər birinin dövlət qayğısını hiss etməsi idarəetmədə sabitliyin və ictimai etimadın əsas şərtidir. Buna görə də yeni təyin olunan rəhbərlər yerlərdə şəffaf, ədalətli və məsuliyyətli fəaliyyət göstərməli, insanların problemlərinə çevik reaksiya verməli və dövlət siyasətinin düzgün icrasını təmin etməlidirlər. Prezident İlham Əliyevin bu çağırışları dövlət-xalq birliyinin gücləndirilməsinə yönəlmiş strateji mesajlardır.

YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.