Azərbaycanın bütün bölgələrində aparılan genişmiqyaslı infrastruktur layihələri ölkənin sosial-iqtisadi inkişafının əsas dayaqlarını formalaşdırıb. Prezident İlham Əliyevin Naxçıvanda qəbul zamanı vurğuladığı kimi, magistral yollar müasir standartlara cavab verir, şəhərlər və kəndlərdə içməli su layihələri uğurla icra edilir. Bu, təkcə kommunal xidmətlərin yaxşılaşdırılması deyil, həm də regionlarda dayanıqlı iqtisadi mühitin yaradılması, sahibkarlığın və kənd təsərrüfatının inkişafı üçün yeni imkanların açılması deməkdir.

Dövlət başçısının çıxışı göstərir ki, aparılan layihələr regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişib. Yeni iş yerlərinin yaradılması, sahibkarlığa dövlət dəstəyi, iqtisadi fəallığın artırılması bölgələrdə dayanıqlı inkişafın əsasını qoyur. İşğaldan azad edilmiş ərazilərdə enerji və yol infrastrukturunun yenidən qurulması isə həm iqtisadi potensialın artırılmasına, həm də regional inteqrasiyanın güclənməsinə xidmət edir.

Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas məqam budur ki, regionların inkişafı davamlı olmalıdır. Yerlərdə rəhbərlərin qarşısında duran vəzifə yalnız layihələri başa çatdırmaq deyil, yaradılan şəraitdən maksimum səmərəli istifadə etmək, yerli istehsalın və turizmin inkişafını təmin etmək, sosial rifahın yüksəldilməsi və məşğulluğun artırılması istiqamətində fəaliyyət göstərməkdir. Bu yanaşma ölkənin regional idarəetməsində yeni keyfiyyət mərhələsini müəyyən edir.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.