Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il qəbulunda səsləndirdiyi fikirlər dövlət idarəçiliyi, institusional islahatlar və regional inkişaf baxımından xüsusi strateji əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladıqları göstərir ki, Azərbaycanda aparılan quruculuq siyasəti artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə əsas hədəf mövcud infrastrukturun tam gücü ilə işləməsi, resursların düzgün bölgüsü və idarəetmədə yüksək məsuliyyət standartlarının tətbiqidir. Prezident İlham Əliyev qeyd edib ki, regionlarda əsas infrastruktur layihələrinin tamamlanması ölkənin balanslı inkişaf modelinə mühüm töhfə verir və bu proses dövlətin uzunmüddətli planlaşdırmasına əsaslanır.

Sosial sahədə həyata keçirilən tədbirlər də bu siyasətin ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin məşğulluq məsələlərinə dair səsləndirdiyi fikirlər göstərir ki, işsizliyin azaldılması və bölgələrdə yeni iş yerlərinin yaradılması sadəcə iqtisadi məqsəd daşımır, həm də sosial sabitliyin formalaşdırılması baxımından strateji amildir. İnsanların regionlarda layiqli iş imkanlarına çıxışının təmin olunması paytaxtlaşmanın qarşısını alır və regional tarazlığı gücləndirir. Bu isə həm sosial rifahın yüksəlməsi, həm də şəhərlərin həddindən artıq yüklənməsinin aradan qaldırılması baxımından mühüm addımdır.

İdarəçiliyin məsuliyyət prinsipi dövlət başçısının çıxışının ən kəskin məqamlarından birini təşkil edib. Prezident İlham Əliyev “Hər bir məmur yolunu azdıqda qanun qarşısında cavab verəcəkdir” xəbərdarlığı dövlət aparatında şəffaflığın və hesabatlılığın əsas prioritet olduğunu bir daha nümayiş etdirir. Paralel olaraq, hüquqi dövlət quruculuğu və konstitusiya islahatlarının davam etdirilməsi dövlət institutlarının möhkəmləndirilməsi üçün vacibdir. Bu islahatlar dövlətin idarəetmə mexanizmlərinin müasirləşməsini təmin edir və dövlətçiliyin möhkəm hüquqi baza üzərində inkişafına xidmət edir.

YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının

Sədr müavini: Anar Xəlilov


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.