Son illərdə Azərbaycanın regionlarında həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Naxçıvanda keçirilən qəbul zamanı Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi məlumatlar ölkənin sosial-iqtisadi inkişaf xəritəsinin necə dəyişdiyini bir daha ortaya qoydu. Dövlət başçısı qeyd etdi ki, bölgələrdə əsas infrastruktur layihələri artıq başa çatıb, elektrik enerjisi təchizatı normallaşıb, magistral və şəhərlərarası yollar müasir standartlara uyğun səviyyəyə gətirilib, kənd yollarının böyük hissəsi yenilənib. Bu, təkcə kommunal xidmətlərin yaxşılaşdırılması deyil, regionların iqtisadi potensialının əsaslı şəkildə gücləndirilməsidir.

Görülən işlərin miqyası onu göstərir ki, regional inkişaf proqramları təkcə bir neçə sahənin deyil, bütövlükdə ölkənin iqtisadi sisteminin gücləndirilməsinə yönəlib. Elektrik, su, qaz, yol-nəqliyyat kimi əsas infrastruktur sahələrinin yenilənməsi həm yeni müəssisələrin açılmasına, həm də mövcud istehsal sahələrinin genişlənməsinə şərait yaradıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə elektrik və yol-kommunikasiya infrastrukturunun sıfırdan qurulması Azərbaycanın iqtisadi və strateji gücünü daha da artırıb. Bu inkişaf həm də regionlarda sosial sabitliyin möhkəmlənməsinə səbəb olub.

Prezident İlham Əliyevin qəbul zamanı verdiyi mesaj ondan ibarət idi ki, infrastrukturun yenilənməsi bir mərhələnin sonu yox, yeni mərhələnin başlanğıcıdır. Bu mərhələdə əsas diqqət yaradılan şəraitdən səmərəli istifadə edilməsinə, istehsal və xidmət sahələrinin genişləndirilməsinə və regionların iqtisadi müstəqilliyinin artırılmasına yönələcək. Yeni təyin olunan rəhbərlərin qarşısında duran əsas məsuliyyət də məhz bu potensialdan maksimum şəkildə faydalanmaqdır.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.