Prezident İlham Əliyevin Naxçıvanda qəbul zamanı diqqəti regionların inkişafına və vətəndaşların rifahına yönəlmişdi. Dövlət başçısı qeyd etdi ki, 2004-cü ildən icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra olunub və bölgələrimiz müasir standartlara uyğun qurulub. Yeni infrastruktur layihələri, təmir edilmiş magistral və kənd yolları, enerji və su təminatı layihələri insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu tədbirlər eyni zamanda bölgələrdə iqtisadi fəallığı artırmaq, turizm və kənd təsərrüfatını inkişaf etdirmək üçün geniş imkanlar yaradır.
Dövlət başçısı həmçinin bölgələrdə məşğulluğun təmin edilməsinin əsas prioritet olduğunu vurğuladı. Son illər aparılan islahatlar nəticəsində işsizliyin səviyyəsi aşağı düşüb, lakin hələ də bəzi miqrasiya meylləri mövcuddur. Prezident İlham Əliyev rəhbərlərə tapşırdı ki, iş yerlərinin yaradılmasına çalışsınlar, müəssisələr açılsın, sahibkarlara güzəştli kreditlər verilsin və özünüməşğulluq proqramı çərçivəsində minlərlə insanın dayanıqlı gəlir mənbəyi təmin olunsun. Bu yanaşma regionlarda sosial sabitliyin və iqtisadi dayanıqlığın gücləndirilməsinə xidmət edir.
Son illər görülən infrastruktur işləri və sosial tədbirlər ölkənin dayanıqlı inkişaf strategiyasının nəticəsi olaraq əyani şəkildə görünür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş dəmir yolları, magistral avtomobil yolları, enerji və su infrastrukturu bölgələrdə həyat şəraitini yaxşılaşdırıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, məmur-vətəndaş münasibətləri və rəhbərlərin xalqa xidmət prinsipi ölkənin dayanıqlı inkişafının təmin olunmasında əsas faktordur. Bu yanaşma həm regionların sosial-iqtisadi potensialını artırır, həm də dövlətin davamlı siyasətinin təməlini möhkəmləndirir.
Anar Cəbizadə
YAP Şuşa rayon təşəkilatının 37 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın