Dövlət başçısı İlham Əliyevin Naxçıvanda keçirilən qəbul zamanı məşğulluq məsələsinə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Bu gün Azərbaycanın iqtisadi modelində iş yerlərinin yaradılması, sahibkarlığın dəstəklənməsi və regionlarda iqtisadi aktivliyin artırılması əsas prioritetlərdən biridir. Prezident İlham Əliyev vurğuladı ki, ölkədə məşğulluqla bağlı böyük islahatlar aparılıb və işsizlik səviyyəsi ciddi şəkildə azalıb. Lakin bölgələrdən şəhərlərə miqrasiya hələ də davam etdiyindən, kəndlərdə iş yerlərinin artırılması və yerli istehsalın genişləndirilməsi ön plana çəkilməlidir.

Dövlətin sahibkarlığa dəstəyi, güzəştli kreditlərin verilməsi, özünüməşğulluq proqramlarının genişlənməsi regionların iqtisadi həyatında ciddi dönüş yaradıb. On minlərlə vətəndaş öz biznes fəaliyyətinə başlayıb, kənd təsərrüfatı və kiçik istehsal sahələri genişlənib. Prezident İlham Əliyevin rəhbərlərə verdiyi əsas tapşırıq ondan ibarətdir ki, iş adamlarına maneə deyil, dəstək olmaq lazımdır. Yerli istehsalın gücləndirilməsi həm məhsul bolluğuna səbəb olur, həm də regionlarda sosial sabitliyi möhkəmləndirir.

Yeni təyinatlar çərçivəsində qarşıya qoyulan əsas hədəf bölgələrin iqtisadi fəallığını daha da artırmaqdır. Yerlərdə iş yerlərinin yaradılması, müəssisələrin açılması, turizm və xidmət sektorunun inkişaf etdirilməsi regionların gələcək inkişaf modelinin əsasını təşkil edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın bütün bölgələri ən yüksək standartlara cavab verməlidir və bu məqsədə nail olmaq üçün hər bir yerli rəhbər fəaliyyətini daha çevik, məsuliyyətli və sistemli şəkildə qurmalıdır.

Rafiq Kalbalıyev

YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.