Dövlət başçısı İlham Əliyevin hər bir görüşü və çıxışı Azərbaycan üçün strateji önəm daşıyır. Onun noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyətləri başçılarını qəbul etməsi də mühüm siyasi hadisədir. Bu görüşdə Prezident İlham Əliyev məmur-vətəndaş münasibətləri, rəhbərlərin qarşısında dayanan məsuliyyət və idarəetmədə əsas prinsip – xalqa xidmət məsələlərinə diqqəti bir daha cəlb etdi. Dövlət başçısı vurğuladı ki, hər bir təyinat böyük etimadla müşayiət olunur və bu etimadı yalnız əməli fəaliyyətlə doğrultmaq mümkündür.

Prezident İlham Əliyev rəhbərlərdən yalnız inzibati öhdəlikləri yerinə yetirməyi deyil, həm də xalqa xidmət missiyasını prioritet tutmağı tələb etdi. Dövlət başçısı diqqətə çatdırdı ki, rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalı, öz vəzifə və şəxsi həyatında nümunəvi davranış sərgiləməlidir. Bu yanaşma həm məmurun etik davranışını formalaşdırır, həm də dövlətin siyasətinə hörmət və etimadın qorunmasını təmin edir. Prezident İlham Əliyevin çağırışı bu baxımdan həm mənəvi, həm də strateji əhəmiyyət daşıyır.

Əlavə olaraq, dövlət başçısı xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmağın vacibliyini qeyd etdi. Məmurların korrupsiyaya, rüşvətxorluğa düçar olmaması və seçilən kadrların peşəkar, etibarlı və mənəvi cəhətdən təmiz olması regionlarda idarəetmənin keyfiyyətini artırır. Prezident İlham Əliyev vurğuladı ki, rəhbərlər öz işləri ilə etimadın doğruluğunu sübut etməli, əks halda müvafiq ölçülər götürüləcək. Bu yanaşma idarəetmədə məsuliyyət və şəffaflıq prinsiplərinin əsas sütununu təşkil edir.

Qönçə İsmayılova

YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.