Naxçıvanın inkişaf strategiyasında yeni təyinatlar mühüm mərhələ kimi qiymətləndirilir. Son illərdə aparılan islahatlar bölgənin sosial-iqtisadi inkişafını sürətləndirib, infrastruktur yenilənib, təhlükəsizlik və nəzarət mexanizmləri gücləndirilib. Bu prosesin davamı olaraq yeni kadrların bölgəyə təyin olunması Naxçıvanın idarəçilik sisteminin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
Prezident İlham Əliyev Naxçıvanda yeni təyinatlarla bağlı keçirilən qəbul zamanı vurğuladı ki, bölgədə şəffaflıq, nizam-intizam və dövlət nəzarətinin gücləndirilməsi ən vacib məsələlərdəndir. Dövlət başçısı bildirdi ki, Naxçıvanda idarəçiliyin yenilənməsi, insanların problemlərinin operativ həlli və vətəndaş məmnunluğunun artırılması əsas prioritet olmalıdır. Bunun üçün yeni rəhbər heyətindən ciddi tələbkarlıq, məsuliyyət və çevik fəaliyyət gözlənilir.
Bu baxımdan təyinatlar yalnız kadr dəyişikliyi deyil, eyni zamanda Naxçıvanın idarəetmə sistemində keyfiyyət dəyişikliklərinin başlanğıcı kimi dəyərləndirilir. Yeni mərhələnin uğurla tətbiqi isə bölgənin gələcək inkişafında həlledici rol oynayacaq.
Zərifə İbrahimova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın