Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər müasir dövlət idarəçiliyinə yeni yanaşmanı formalaşdıran strateji çərçivə kimi qiymətləndirilir. Dövlət başçısının çıxışı göstərir ki, ölkədə icra hakimiyyətləri və yerli idarəetmə strukturları qarşısında qoyulan vəzifələr həm məsuliyyət, həm də xalqa xidmət fəlsəfəsinin dərinləşdirilməsi məqsədi daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, təyinatlar təkcə administrativ dəyişiklik deyil, həm də dövlətin xalqla bağlarının gücləndirilməsinə yönəlmiş siyasi qərarlardır. Bu, idarəetmənin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir.

Xüsusilə infrastruktur layihələri ilə bağlı səsləndirilən fikirlər göstərir ki, Azərbaycan regionlarının inkişafı ardıcıl, sistemli və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Son illərdə ölkənin bütün bölgələrində elektrik enerjisi, qaz, içməli su və yol infrastrukturunun yenilənməsi geniş miqyasda həyata keçirilib. Prezident İlham Əliyev qeyd edib ki, enerji təminatında sabitlik tam bərpa olunub, köhnə xətlər yenilənib və xüsusilə işğaldan azad olunmuş ərazilərdə sıfırdan qurulan enerji infrastrukturu gələcək inkişaf üçün güclü baza yaradır. Şəhərlərarası və kənd yollarının müasir standartlara uyğunlaşdırılması isə regionların sosial-iqtisadi dinamizmini artıran əsas faktorlardandır.

Prezident İlham Əliyevin çıxışında sosial ədalətin idarəetmədə əsas prinsip kimi müəyyənləşdirilməsi diqqət çəkən ən mühüm məqamlardandır. Dövlət başçısının vurğulaması ilə hər bir bölgədə ədalətin bərqərar olması təkcə sosial məsələ deyil, həm də idarəetmənin dayanıqlılığını təmin edən strateji dəyərdir. Rəhbər şəxslərin xalqa yaxın olması, vətəndaşların problemlərinin yerində həll edilməsi və ictimai etimadın möhkəmləndirilməsi idarəçilik fəlsəfəsinin əsasını təşkil edir. Prezident İlham Əliyevin “insanlara diqqət göstərmək və daim onların arasında olmaq” barədə fikirləri isə yerli məmurlar üçün strateji fəaliyyət xəttini müəyyənləşdirir.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.